Azərbaycan-İran sərhədində iki yeni gömrük-sərhəd buraxılış məntəqəsi inşa edilə bilər

"Gələcəkdə işğaldan azad olunmuş ərazilərin mərhələli şəkildə minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsindən sonra həmin ərazilərə baxış keçirilərək geniş təhlillərin aparılması nəticəsində, tikinti işləri üçün ərazinin müəyyən edilərək ayrılması və müvafiq qaydada layihələndirilmə və qiymətləndirilmə işləri həyata keçiriləcək".
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Avtosfer.az-a müsahibəsində Azərbaycan və İran sərhədində yerləşən və işğaldan azad olunan Xudafərin körpüsünün üzərində yeni gömrük keçid məntəqəsinin yaradılması ilə bağlı planlarından danışarkən bildirib.
Onun sözlərinə görə, bu proseslərdən sonra həmin ərazilərdə gömrük infrastrukturunun yaradılması haqqında düşünüləcək.
Komitə sədri xatırladıb ki, məlum işğala qədər İran İslam Respublikası ilə sərhəddə Füzuli rayonunun Horadiz qəsəbəsində “Horadiz” və Cəbrayıl rayonununda “Qız Qalası” gömrük-sərhəd buraxılış məntəqələri fəaliyyət göstərib.
O qeyd edib ki, eyni zamanda, İran tərəfi ilə razılaşdırılmaqla bərpa edilmiş yeni dövlət sərhədi boyunca Cəbrayıl rayonunun ərazisində (Xudafərin qəsəbəsində) şəxslərin, malların və nəqliyyat vasitələrinin Azərbaycan qanunvericiliyi çərçivəsində keçidinin təmin edilməsi üçün müasir standartlara cavab verən yeni gömrük-sərhəd buraxılış məntəqəsinin inşası ilə əlaqədar iki ölkənin hökumətləri arasında aidiyyəti dövlət qurumlarının iştirakı ilə danışıqlar və qarşılıqlı müzakirələr aparılmaqdadır.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı








