Azərbaycan ticarət əməliyyatlarında Bakı-Sian dəmiryol xəttindən istifadə etmək niyyətindədir

Azərbaycan idxal-ixrac əməliyyatlarını Bakı-Sian dəmir yolu xətti ilə həyata keçirmək niyyətindədir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Çin Xalq Respublikasındakı nümayəndəsi Vaqif Mirişov deyib.
Onun sözlərinə görə, hazırda idxal-ixrac əməliyyatlarını gəmi vasitəsilə həyata keçirilir.
"Bakı-Sian xətti açılıb və bu xətt 14-15 günə malların ölkəmizə gətirilməsinə imkan verir. Qismət olsa, biz də artıq malları Bakı-Sian xətti ilə vurmaq istəyirik", - deyə V. Mirişov qeyd edib.
ASK-nın Çindəki nümayəndəsi əlavə edib ki, əyər hazırda Çindən Azərbaycana 2 500 ABŞ dollara çatdırılan mal, Bakı-Sian xətti ilə 1 300 dollara başa gələcək. Bununla yanaşı, dəniz yolu ilə 45 günə gələn yükün Bakı-Sian xətti ilə daşınması cəmi 14-15 gün vaxt tələb edir.
"Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər aparılır. Bu dəhlizin açılması Bakı-Sian xəttinin səmərəliliyini daha da yüksəldəcək", - deyə V. Mirişov qeyd edib.
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO











