Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artırılacaq

Gürcüstan Azərbaycanla ticarət dövriyyəsinin artırılmasına dair əsas məsələlərlə bağlı razılıq əladə edib.
Avtosfer.az-ın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib. O, bildirib ki, nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədi ilə Azərbaycanla bir çox birgə nəqliyyat infrastrukturu layihələri həyata keçiriləcək. Nazir Gürcüstan və Azərbaycanın dəmir yolları arasında əməkdaşlığın dərinləşdirilməsinin də nəzərdə tutulduğunu vurğulayıb. “Azərbaycan Dəmir Yolları ilə aramızda daha yaxın əməkdaşlıq olacaq ki, bu da müştərilərə xidməti inkişaf etdirəcək. Artmış karqo dövriyəsi şərtlərində istənilən gecikməsinin istisna edilməsi üçün texniki sahədə də əməkdaşlıq vacibdir”, - deyə nazir bildirib. Levan Davitaşvili əlavə edib ki, şərqlə qərb arasında yük daşımalarının artırılmasının təmin edilməsi üçün Gürcüstan-Azərbaycan əməkdaşlığının böyük potensialı var.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












