Azərbaycan və Qazaxıstan logistika üzrə əməkdaşlıq sazişi imzalayıb - FOTO

Qazaxıstanın Nur-Sultan şəhərində "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov arasında görüş olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb. Bildirilib ki, görüşdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) üzrə multimodal daşımaların gələcək inkişafına dair müzakirələr aparılıb. Tərəflər marşrut üzrə keçid qabiliyyətinin artırılması və tranzit vaxtının azaldılması istiqamətində görülən işlərin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Görüşün yekununda hər iki ölkənin dəmir yolu qurumları rəhbərləri tərəfindən logistika sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığa dair saziş imzalanıb. Xatırladaq ki, 2021-ci il üçün BTNM marşrutu üzrə daşımaların həcmi 586,2 min ton, konteynerlərin daşınması 25 270 TEU olub. 2022-ci ilin yanvar-mart aylarında həmin marşrut üzrə 266,3 min ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 123% çoxdur. Konteyner daşımaları 5847 TEU təşkil edib. Bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 19% çoxdur.



Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ















