Azərbaycan vətəndaşları Ermənistanda 6 mülk alıb

Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı 6 mülkü var.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın Daşınmaz Əmlak Kadastrı məlumat yayıb.
"2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşları daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib", - qurumun hesabatında deyilir
Daşınmaz Əmlak Kadastrının məlumatına görə, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə Ermənistanda mənzil alıblar. Digər 1 mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, 1 ictimai əhəmiyyətli obyekt alınması da qeydə alınıb.
Qeyd edək ki, söhbət etnik mənsubiyyətindən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir.
"Onların milliyyətcə azərbaycanlı olub-olmadığını deyə bilmərik", - deyə Daşınmaz Əmlak Kadastrından bildirilib.
Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıb, 1-i hədiyyə edilib, 1-i dəyişdirilib. Bundan əlavə, Türkiyə vətəndaşları 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi alıblar.
Modern.az
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












