Azərbaycana “Tramadol” gətirən ərdəbilli TIR sürücüsü: “Gördüm İrandakından xeyli ucuzdur...”

Gəncə Ağır Cinayətlər Məhkəməsində İran İslam Respublikasının vətəndaşı, əslən Ərdəbildən olan Məhəmməd Malekzadgan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın xəbərinə görə, Məhəmməd Malekzadgan ötən il iyun ayında Gürcüstandan aldığı 100 ədəd “Tramadol” həblərini idarə etdiyi yük avtomobilinin kabinasında gizlədərək qaçaqmalçılıq yoluyla Gürcüstan ərazisindən Azərbaycana keçirib. Törətdiyi cinayət əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən iranlı ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində sürücülüklə məşğul olduğunu, müxtəlif firmaların mallarını daşıdığını göstərib.
“Dörd il bundan əvvəl səhhətimdə problemlər yarandı. Gecələr yata bilmirdim. Tanışlarımdan biri sakitləşdirici dərman qəbul etmək üçün həkimə getməyi məsləhət gördü. Həkimə müraciət etdim, mənə “Tramadol” dərmanı yazdı. Resept əsasında dörd il idi bu dərmanı alırdım”- M.Malekzadgan ifadəsində göstərib.

Ərdəbilli sürücününü ifadəsinə görə, ötən ilin iyununda İranın Bəndərabbas şəhərindən götürdüyü “Mətbəx ləvazimatları” yükünü Gürcüstanın Batumi şəhərinə aparıb. Yükü boşaltdıqdan sonra səhhətində ağrılar yaranıb və aptekə girərək satıcıdan “Tramadol” istəyib: “Baxdım ki, dərmanın qiyməti İrandakından daha ucuzdu, 20 dollar verib yüz ədəd aldım. Gömrükdən buraxılmayacağımı düşünüb kabinadakı yorğanın arasında gizlətdim. İyulun 25-də “Qırımız Körpü” gömrük postundan keçib Azərbaycana daxil oldum. Gömrük əməkdaşları yaxınlaşdılar, maşını yoxladılar, yorğanda gizlətdiyim dərmanları tapdılar”.
M.Malekzadgan himayəsində iki azyaşlı övladının olmasını, törətdiyi əməldən peşmançılıq çəkdiyini deyib və məhkəmənin ona yüngül cəza verməsini xahiş edib.
Lakin hakim onun yalvarışlarına məhəl qoymayıb. Məhkəmənin hökmü ilə M. Malekzadgan 7 il müddətinə azadlıqdan məhrum edilib.
virtualaz.org
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












