Azərbaycanda helikopterləri ən çox kimlər icarəyə götürür? - RƏSMİ CAVAB

Azərbaycan Respublikası ərazisində mülki helikopterlərlə sərnişin və yük daşımaları xidmətlərini həyata keçiririk. Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq “ASG Helicopter Services” MMC şirkətindən bildirilib. Qeyd olunub ki, şirkətin fəaliyyətinin əsas dairəsi dənizdə neftin hasilatı ilə məşğul olan iri neft şirkətlərini əhatə edir.
"Belə xidmətlər uzunmüddətli müqavilələr əsasında həyata keçirilir. ASG HS MMC bu sahədə yüksək peşəkarlığa malikdir".
Şəxsi uçuşlar üçün müraciət edənlərə gəlincə, nadir hallarda olur ki, bu xidmətdən əsasən iş adamları istifadə edir deyə vurğulanıb:
"Eyni zamanda 2 ambulans hava gəmisi mövcuddur ki, təcili yardım sifarişləri olduqda, Azərbaycanın müxtəlif bölgələrinə uçuşlar yerinə yetirilə bilər. Bu fəaliyyət tibb müəssisələri ilə birgə həyata keçirilir".
Helikopterlərin icarə haqqına gəlincə, bildirilib ki, hava daşımalarının qiymətləri istiqamətdən, uçuş saatından, hava şəraitindən və hava gəmisinin tipindən asılı olaraq fərqlənir. Bununla əlaqədar, vahid qiymət tətbiq edilməsi mümkün deyil.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












