Azərbaycanda peşə təhsili ilə bağlı MÜHÜM YENİLİK

"Peşə məktəblərində axşam qrupları açıla bilər".
Avtosfer.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru müavini, direktor vəzifəsini müvafiq icra edən Ceyhun Kərəmov deyib. Onun sözlərinə görə, il ərzində peşə təhsili almaq üçün müraciət edənlərin təxminən 5 faizi ali təhsilli şəxslərdir: "Çünki onlar sonradan dərk edirlər ki, aldıqları təhsil əmək bazarının tələblərinə uyğun deyil. Ona görə də texniki biliklər almaq üçün peşə məktəblərinə üz tuturlar. Bunu nəzərə alaraq axşam qruplarının açılmasına şərait yaradacağıq. Axşam qrupları hazırda çalışan vətəndaşlara bilik və bacarıqlarını artırmağa imkan verəcək. Tədrisin qiyabi yox, əyani formada təşkili nəzərdə tutulub". Tədrisin pulsuz və ya ödənişli olacağı barədə hələlik bir məlumatın olmadığını deyib C.Kərəmov əlavə edib ki, bu istiqamətdə araşdırmalar davam edir: "Bütün bunlar qəbul planı təsdiq edildikdən sonra məlum olacaq. Daha çox texniki sahədə kadr hazırlığına üstünlük veriləcək. Yəni, qaynaqçı, elektrik və s".
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












