Azərbaycanda yol vergisi üzrə proqnoz 12% artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 142,8 milyon manatının və yaxud 0,4 %-nin yol vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Avtosfer.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,1 % çoxdur.
Yol vergisi üzrə daxilolmaların 105,8 milyon manatını və yaxud 74,1 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 37 milyon manatını və yaxud 25,9 %-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 17 % çox və eynidir.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












