Azərbaycanın sirli qatarı: “Uşaqlarımız isti olanda vaqonun altında yatırdı” - VİDEO

Bu qatarlar Ağdam-Xocalı, Xocavənd, Xankəndi və Ağdərədən köçkün düşən insanların taleyində önəmli rol oynayıb. Bu yük qatarları kiminə ev, kiminə iş yeri olub.
APA TV-nin xəbərinə görə, yeni Bərdə-Ağdam dəmir yolu çəkildikdən sonra bu yaşlanmış qatarlar sökülüb daşınacaq.
“1993-cü ildə Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdikdən sonra isti yay günündə gedəcək yeri olmayan soydaşlarımız məhz relslərin üzərində dayanan bu yük vaqonlarında məskunlaşmaq məcburiyyətində qaldılar. İllərlə məhz bu vaqonlarda yaşadılar. Yayın isti günlərini, qışın soyuq havasını burada keçirdilər”.
Ağdam sakini Qorxmaz Gülməmmədov deyir ki, o vaqonda dərs deyib:
“Dəmir yol vağzalında vaqonda dərs deyirdim. Qiyaslı uşaq musiqi məktəbində müəllim işləyirdim... Həm də elə vaqonda yaşayırdıq. Bizim gəncliyimiz çox pis vaxta düşdü. Vaqonda elə bir vəziyyətdə yaşayırdıq ki, yayda isti, qışda soyuq. Biz qışda uşağın üzün əlimizlə qızdırırdıq ki, uşağın üzü soyumasın. O cümlədən də üstünə bir şey sərirdik ki, soyuq vurmasın, üstünə soyuq su dammasın, şeh dammasın”.
Əslən Xocavənd rayonundan olan Qorxmaz Gülməmmədov yük qatarlarında yaşayan soydaşlarımızdan sadəcə biridir. O, Ağdam şəhərindən köçkün düşüb. Köçkün həyatının elə ilk illərindən 2006-cı ilə qədər bu vaqonlarda yaşayıb. Vaqonlarda ailə qurub, buradaca övlad böyüdüb. Onun kimi yüzlərlə gənc ailə məhz elə bu relslərin üzərində yaşam mübarizəsi aparıb:
“Məcburi köçkünlər uzun illər bu yük qatarında yaşadılar. Onlar burda yaşadığı müddətdə özləri üçün şərait qurmaq üçün də çalışdılar. Gördüyünüz bu tikili də burada yaşayan ailənin ya mətbəxi olub, ya da çörək pulundan artırıb aldığı toyuqları saxlamaq üçün bir hin”.
Daha ətraflı süjetdə:
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












