"Azərbaycanla təkcə dəmir yolu deyil, avtomobil əlaqəsini də açmağa hazırıq" - Paşinyan

"Ermənistan Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsini açmağa hazırdır".
Avtosfer.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
“Brüssel və Soçi görüşlərindən sonra biz yol marşrutlarının tikintisi və bərpası ilə bağlı təkliflər hazırlayıb Azərbaycan, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik və Azərbaycandan müsbət cavab aldıqdan sonra biz bu prosesi həyata keçirməyə hazırıq”, - Paşinyan deyib. Hökumət başçısı qeyd edib ki, dəmir yolu ölkələrin qanunları və suverenliyi çərçivəsində beynəlxalq qaydalara uyğun fəaliyyət göstərməli, dəmir yollarının birləşdirilməsi üçün parametrlərin razılaşdırılması zəruridir.
“Əslində, bu, beynəlxalq yükdaşıma vasitəsinə çevriləcək və ona görə də sənədin mümkün qədər tez bir zamanda imzalanması gərəkdir, - Paşinyan vurğulayıb.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












