Azərbaycanlı dostunu öldürdü, qaçmaq istəyəndə hava limanında tutuldu - VİDEO

“Borispol” beynəlxalq hava limanının terminalında dostunu öldürərək Ukraynadan qaçmağa çalışan bir azərbaycanlı tutulub.
Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, Kiyevin Desnyansk rayonundakı prospektlərdən birində patrul xidməti dava olduğunu görüb. Münaqişəyə müdaxilə ediblər və həyati əlamətləri olmayan yerdə uzanan bir nəfər də diqqətlərini çəkib.
Patrul xidmətinin əməkdaşları şahidlərlə söhbət apararaq tanışlar arasında dava düşdüyünü, iştirakçılardan birinin bıçaqla digərinin sinəsinə vurduğu aşkarlanıb.
“Cinayətkarın “Borispol hava limanına getməsi barədə əməliyyat məlumatı aldıq və dərhal polis dəstələrini oraya göndərdik. İki saat ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları və patrul polisinin taktiki-əməliyyat cavab taburu ilə birlikdə qaçağı hava limanının terminallarından birində saxladıq. O, 29 yaşlı digər ölkə vətəndaşıdır”, - Kiyevin polis rəisi Andrey Krişenko söyləyib.
Paytaxt prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan həmyerlisini öldürən Azərbaycan vətəndaşıdır.
Onun iştirak etdiyi dava aprelin 18-də axşam saatlarında qeydə alınıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












