“Bakı Bus”ın 7 ildir vəd etdiyi vay-fay yoxa çıxdı

Paytaxtımızda fəaliyyət göstərən “Bakı Bus” avtobusları ilk dəfə xəttə buraxılanda vay-fay (WiFi) şəbəkəsi də göstərirdi. Qeyd edilirdi ki, bu avtobuslarda internet xidməti də yaxın vaxtlarda aktivləşdiriləcək və sərnişinlər pulsuz internetdən rahat istifadə edə biləcəklər.
Amma aradan illər keçəndən sonra nəinki xidmət aktivləşdirildi, hətta şəbəkə özü yoxa çıxdı. Artıq “Bakı Bus” avtobuslarında daha internet şəbəkəsinin özü də görünmür.
Bu barədə Axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, avtobuslarda internet şəbəkəsinin olması əsas şərt olaraq irəli sürülməyib.
“Doğrudur, bir çox şəhərlərdə bu təcrübə var. Şəhərimizdəki avtobuslarda da olması təqdirolunandır”, - o deyib.
M.Ağayev qeyd edib ki, hazırkı planlarda bu məsələ gündəmdə olmasa belə, avtobuslarda vay-fay qurşdırılması “gələcək planlar arasında” nəzərdə tutulub.
Qeyd edək ki, 2016-cı ildə “Bakı Bus” MMC avtobuslarda internet şəbəkəsinin “yaxın günlərdə” aktivləşəcəyini vəd etmişdi.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












