Bakı kəndlərinə yeni nəfəs gətirəcək konsepsiyalar: “Muzey mərkəzləri, sərgi salonları... ”

Bakı kəndlərində abadlıq işləri Prezident İlham Əliyevin tapşırığına əsasən başlayıb və mərhələli şəkildə davam edir. Bu proses ilk olaraq təxminən il yarım əvvəl Bibiheybət qəsəbəsində başladı və daha sonra Balaxanı qəsəbəsini də əhatə etdi.
Bu sözləri açıqlamasında Memar Elçin Əliyev deyib. O bildirib ki, ölkə başçısı görülən işlərlə tanış olduqdan sonra bu gözəl təcrübə bütün Bakı kəndlərinə tətbiq ediləcək:
“Abadlaşdırma işləri Bakı və Abşeronun kəndlərində də davam etdiriləcək. Hər bir kənddə memarlıq abidələri var. Birinci növ işlər turistik marşrutlar üzrə başlayacaq. İnsanlar üçün 1, ya da 2 saatlıq turistik marşrutlar təyin edilməlidir. Bu istiqamətdə əsaslı şəkildə işlərə başlanılır – kanalizasiya xətləri yenilənir, işıq xətləri səliqəli şəkildə çəkilir, səkilər bərpa edilir, internet, telefon xətləri yerin altı ilə aparılır. Həmin küçələr özünəməxsus şəkildə gözəlləşdirilir”.
Memar qeyd edib ki, abadlıq işləri zamanı kəndlər bir-birinə bənzəməyəcək:
“Hazırda abadlıq işləri 7-8 kənddə aparılır. Yaxın bir neçə ildə abadlıq işləri bitdikdən sonra fərqli mənzərə ilə qarşılaşacağıq. Hər kəndin özünün vizit kartı olacaq. Biz xüsusi konsepsiya fikirləşmişik. Məsələn Balaxanı kəndində illərlə zibillik olub. Kəndə girərkən atmosfer heç də xoşagələn deyildi. Lakin indi bu kəndə girən zaman lavanda, yaşıllıq qoxusu gəlir. Balaxanı kəndində bu gün yaşıllıq konsepsiyası tətbiq edilir.
Ramanı kəndinin də çoxlu memarlıq abidəsi var. Bildiyim qədər tarixi qədim olan 12 memarlıq nümunəsi məhz burada yerləşir. Ramanı yaxın gələcəkdə muzey mərkəzinə çevriləcək. Qeyd edim ki, bu kənddə onlarla muzeyin açılması planlaşdırılır. Məsələn, çaydanlar muzeyi, memarlıq muzeyi, papaq muzeyi, milli geyim muzeyi və s.
Novxanı kəndinin isə incəsənət mərkəzinə çevrilməsi planı var. Novxanıda rəssamların emalatxanaları, sərgi salonları salınacaq. Bütün bu konsepsiyalar mərhələli şəkildə həyata keçiriləcək”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












