Bakı metrosunda sərnişindaşımanın maya dəyəri üç dəfə artıb

2020-ci ildə “Bakı Metropoliteni” QSC-də bir sərnişinin daşınma xərci 1,54 manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1,03 manat və yaxud təxminən 3 dəfə çoxdur.
Bu barədə sorğusun Avtosfer.az-nın cavab olaraq qurumdan bildirilib.
Məlumata görə, sərnişindaşımanın maya dəyərinin kəskin artması koronavirus (COVID-19) pandemiyasına görə, Bakı metrosunun fasilələrlə işləməsi, sərnişin daşınmasından nəzərdə tutulduğu qədər gəlir əldə edilməməsidir.
“Ötən il 228 milyon nəfərlik sərnişindaşıma planına qarşı 74,7 milyon nəfər sərnişin daşınıb. Bunun isə 72,1 milyon nəfəri gediş haqqı ödəyib”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, 2019-cu ildə “Bakı Metropoliteni” 236,7 milyon nəfər sərnişin daşımışdı ki, bunun da 229,7 milyon nəfəri gediş haqqı ödəmişdi və bir sərnişinin daşınma xərci 51 qəpik təşkil etmişdi.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












