Bakıda 18 il əvvəl öldürülən nənə və nəvənin qətlinin üstü açılıb

18 il əvvəl – 2004-cü il aprelin 26-da 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin paytaxtın Yasamal rayonu ərazisində yaşadıqları mənzildə aşkar edilməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (120.2.7. iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Avtosfer.az-a verilən birgə məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Mərkəzində müalicə alan Anar Ağalarovun həmin cinayəti törətməsinə əsaslı şübhələr yaranıb.
İlkin dindirmə zamanı A.Ağalarov hadisəni xalası oğlu mərhum Teymur Məmmədovla birlikdə törətdiyini etiraf edib.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










