Bakıda 22 evdən su sayğacları oğurlayan şəxs saxlanılıb - FOTO - VİDEO

Binəqədi rayonunda müxtəlif ünvanlarda quraşdırılan 22 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Şəhriyar Mollayı tutularaq istintaqa təqdim edilib.
Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı Binəqədi qəsəbəsində dövlət əmlakı olan neft kəmərlərindən ümumilikdə 600 metr uzunluğunda metal boru və elektrik naqili xəttini oğurlanmaqda şübhəli bilinən şəxs də saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum edilmiş Elmar Abbasov tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində etdiyi oğurluqları etiraf edib və metal boruları satdığını bildirib.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Şəhriyar Mollayı və Elmar Abbasov barəsində həbs qətimkan tədbirləri seçilib. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam edirilir.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











