Bakıda çirkli paltarda metroya girmək QADAĞANDIR - AÇIQLAMA

Bakıda polis köhnə nimdaş paltarda və üstü çirkli olan vətəndaşı metroya buraxmayıb.
Hadisənin şahidi olan Lent.az-ın əməkdaşı xəbər verir ki, bu gün səhər saatlarında “28 May” metrostansiyasında köhnə və çirkli geyimdə olan orta yaşlı kişi metroya buraxılmayıb.
Stansiyada xidmət aparan polis əməkdaşları onu bu çirkli geyiminə görə metroya buraxa bilməyəcəklərini deyərək, ərazini tərk etməli olduğunu bildiriblər. Bu səbəbdən yaşlı kişi də metrodan istifadə edə bilməyib.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Lent.az-a o cür geyimdə olanların metroya buraxılmaması haqqında qanun olduğunu deyib:
“Bu haqda qanun var. Ölçüsü böyük olan əl əşyası digər şəxslərə mane olursa, üst geyim çirklidirsə, vətəndaşlar metroya buraxılmır. Bu barədə qanunu Nazirlər Kabineti təsdiq edib.”
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə bu hadisədə polisin heç bir hüquqazidd addım atmadığını dilə gətirib:
“Polisin hərəkətlərində heç bir hüquqazidd addım yoxdur. Polis metroda müəyyən olunan qayda və təlimatlar əsasında fəaliyyət göstərir. Sərnişinlərin geyimlərini və ya salonunu çirkləndirə biləcək paltarda olmaq və ya çirkli əl yükünü aparmaq qadağandır”.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










