Bakıda daha bir qanun pozuntusunun qarşısı alınıb - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
Bu barədə Avtosfer.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 12 ünvanında yerləşən vətəndaşa məxsus birmərtəbəli ticarət obyektində qanunsuz olaraq tikinti-quraşdırma işlərinin aparılması müəyyən edilib.
Belə ki, tikintinin aparılması üçün tələb olunan müvafiq sənədlər olmadan həmin ticarət obyektinin üstündə metal konstruksiyalardan istifadə edilməklə əlavə mərtəbənin tikintisinə başlanılıb.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.


Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












