Bakıda doğuş zamanı FACİƏ: Əkizlər boğularaq ölüb

Bakıda doğuş zamanı əkizlər boğularaq ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini İmanov Əlisahib Balaşoğlu məlumat verib. Ə.Balaşoğlunun sözlərinə görə, o, gəlini, 2000-ci il təvəllüdlü Nəcəfova Pərvanə Məhəmməd qızını doğuş vaxtına az müddət qaldığından Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb.
Bir neçə gün həkim nəzarətində qalan P.Nəcəfova bu gün səhər saat 09:00 radələrində qeysəriyyə əməliyyatına hazırlanıb. Lakin qeysəriyyə əməliyyatı saat 14:30 radələrində aparılıb.
Cinsi oğlan olan əkizlər ana bətnində boğularaq ölüb. Ə.İmanovun sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olub. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirildiyindən körpələr ana bətnində boğularaq ölüb.
O, körpələrin ölümündə həkimləri günahlandırıb. Faktla bağlı araşdırma aparılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












