Bakıda domen ad sistemi təhlükəsizliyi üzrə beynəlxalq təlimlər keçirilir - FOTOLAR

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin təşkilatçılığı ilə “Domen ad sistemi təhlükəsizlik genişlənmələri” (DNSSEC) üzrə beynəlxalq praktiki təlimlər keçirilir.
Avtosfer.az xəbər verir ki, üçgünlük təlimlərdə təyin olunmuş adlar və nömrələr üzrə internet korporasiyası (ICANN) və İnternetdə təyin olunmuş nömrələr idarəsinin (IANA) ekspertləri də iştirak edir.
Proqram domen ad sistemi təhlükəsizliyi sahəsində praktiki bilik və bacarıqların artırılmasına yönəlib. DNSSEC imzalanması və doğrulanması, açar idarəetməsi, nasazlıqların aradan qaldırılması və monitorinqi və digər mühüm istiqamətlər üzrə nəzəri və praktiki sessiyalar təşkil olunur.
Təlimlərin əsas məqsədi ölkənin milli domen infrastrukturunun təhlükəsizliyinin gücləndirilməsi, .az domen məkanının idarə olunmasında beynəlxalq təcrübələrin tətbiqi, xidmətlərin dayanıqlılığının artırılması və kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsidir. Bu təşəbbüs Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi, kritik internet infrastrukturunun qorunması və istifadəçilər üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Agentlik beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində internet idarəçiliyi, domen adlarının təhlükəsizliyi və milli internet resurslarının dayanıqlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












