Bakıda evdən 11 600 manat pul oğurlanıb - FOTO - VİDEO

Paytaxtın Suraxanı rayonunda evlərdən birindən oğurluq edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər zərərçəkənin mənzilindən 11 600 manat oğurlayıblar.
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mübariz Yəhyayev, Natiq Əhmədov, Şahin Rzazadə və Kəmalə Mehdiyeva saxlanılıblar.
Oğurlanan pulun bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq götürülüb.
Suraxanı RPİ əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri Zamiq Heydərov və Asudə Sultanova saxlanılıblar.
Onların üzərindən və yaşadıqları evlərdən heroin, eləcə də, digər növdən olan narkotik vasitələr aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər barəsində Suraxanı RPİ-nin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
"Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.



Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












