Bakıda evdən 70 min manat və 40 min dollarlıq qızıl oğurlandı - VİDEO - FOTO

Paytaxtın Yasamal rayonunda evlərdən birindən oğurluq edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Naməlum şəxs mənzildə olan seyfi yararaq içərisində olan 70 min manat, 40 min manat məbləğində qızıl-zinət əşyalarını, habelə noutbuk və fotoaparatı oğurlayıb.
Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin yaxın qohumu Toğrul Axundzadə və İdris Salahov saxlanılıblar.
Hər iki şəxs ifadələrində etdikləri hadisəni etiraf ediblər.
Araşdırma zamanı müəyyən edilib ki, qohumunun mənzilindən oğurluq etmək üçün evin və seyfin açarlarını İdris Salahova Toğrul Axudzadə verib. O, evdə heç kimin olmadığı barədə İ.Salahova məlumat verdikdən sonra sonuncu evə daxil olaraq həmin hadisəni törədib. İş üzrə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Axundzadə və İ.Salahovdan oğurladıqları pul və qızıl-zinət əşyalarının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, İ.Salahov evə iki dəfə daxil olub. Birinci dəfə o, seyfdə olan pulları oğurlayıb. Daha sonra T.Axundzadənin təkidi ilə ikinci dəfə evə daxil olan İ.Salahov bu dəfə qızılları oğurlamaqla yanaşı fotoaparat və noutbuku da ələ keçirib.
Saxlanılan şəxslər barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.







Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












