Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əməliyyat zamanı onlayn yolla sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyata keçirən Ramana qəsəbəsində yaşayan Məhəddin Fərəcov saxlanılıb. Onun üzərindən və Bakı-Quba yolunun 14-cü kilometrliyində gizlətdiyi ümumi çəkisi 945 qram olan heroin, 22 qram metamfetamin və 521 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Məhəddin Fərəcov ölkə ərazisinə xaricdəki narkotacirlər tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək satmaq məqsədi ilə Bakı şəhərinə gətirib.
Qeyd olunan faktla bağlı və narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











