Banner

Bakıda Qarabağ qazisinə qarşı dələduzluq edilib

Xəbərlər 17 Fevral 2022 16:29 Oxunub 1054
Bakıda Qarabağ qazisinə qarşı dələduzluq edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda Qarabağ qazisinə qarşı dələduzluq edilib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Famil Quliyev Binə qəsəbəsində 2 sot torpaq sahəsini Qarabağ qazisi Nazim Kazımova satacağına yalandan vəd verərək onun 5 min 670 manat pulunu alıb.

Daha sonra o, vədinə əməl etməyib.

Hadisə ilə bağlı N.Kazımov Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. F.Quliyev saxlanılıb və törətdiyi əməldən peşman olduğunu bildirib.

“Report”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh