Banner

Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib - YENİLƏNİB - VİDEO

Xəbərlər 26 Oktyabr 2026 18:29
Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib  - YENİLƏNİB - VİDEO
WhatsApp kanalımıza abunə olun

akıda restoranda qətllə nəticələnən kütləvi davada təqsirləndirilən daha iki nəfər - Emin Qoşqar oğlu Rəhimov və Elmar Şücaət oğlu Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində dörd aylıq həbs qətimkan tədbiri tətbiq edilib.

Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilirlər.

bax.tvhttps://player.bax.tv/embed/228214.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

18:02

Bakıda restoranda qətllə nəticələnən kütləvi davada təqsirləndirilən daha iki nəfər - Emin Qoşqar oğlu Rəhimov və Elmar Şücaət oğlu Cəfərov hakim qarşısına çıxarılıb.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, adıçəkilən şəxslər barələrində həbs qətimkan tədbiri seçilməsi məqsədilə Binəqədi Rayon Məhkəməsinə gətiriliblər. Hazırda məhkəmə onların həbsi ilə bağlı istintaq orqanının təqdimatına baxır.

Xatırladaq ki, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən "Ab-Hava" restoranında kütləvi dava olub. Dava zamanı 43 yaşlı C.Mirağayev bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisə ilə bağlı polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bağlı 11 nəfər - əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev saxlanılıb və onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Həbs edilənlərdən Əhməd Əlizadə Milli Məclisinin deputatı Arzuxan Əlizadənin oğludur.

Oxunub : 650
ŞƏRH YAZ
Ad

E-mail

Şərh