“Ceyhun Sabunçu”nun qətlinə görə tutulan dəstə pul tələb edirmiş

Bakıda kütləvi dava zamanı "Ceyhun Sabunçu" ləqəbli şəxsin qətlə yetirilməsində təqsirləndirilən şəxslərin kimliyi dəqiqləşdirilib.
Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, saxlanılan şəxslər 2002-ci il təvəllüdlü Emin Qoşqar oğlu Rəhimov və 1993-cü il təvəllüdlü Elmar Şücaət oğlu Cəfərovdur.
Qətli törədərək hadisə yerindən qaçıb gizlənən həmin şəxslər DTX-nın keçirdiyi peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Xətai rayonundakı restoranların birində baş verən ağır cinayətlə əlaqədar təqsirləndirilən bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Emin Qoşqar oğlu Rəhimov və Elmar Şücaət oğlu Cəfərov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, daha əvvəl qeyd edildiyi kimi, hadisə yerində olan, cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə mütəmadi qanunsuz fəaliyyətlə məşğul olan şəxslər də müəyyən edilib. Onların kriminal araşdırmalar aparmaqla hədə-qorxu yolu ilə pul tələb etdikləri, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq məqsədilə odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri müəyyənləşdirilib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupunun birgə keçirdiyi tədbirlər nəticəsində həmin şəbəkənin digər 11 üzvü də saxlanılıb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO












