Bakıda temperatur 21 gün normadan yuxarı olub

Cari ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub.
Avtosfer.az xəbər verir kİ, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, yarımadada maksimal temperatur aprelin 3-də 25°C isti (Sumqayıt), bölgələrdə isə aprelin 27-də 29°C isti (Yevlax) qeydə alınıb.
Havanın temperaturu 6 gün normadan aşağı, 3 gün isə norma daxilində olub. Orta aylıq temperatur 13°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.
Xidmət rəisinin sözlərinə görə, minimal temperatur Bakıda və Abşeron yarımadasında aprelin 9-da 6°C isti (Binə), yüksək dağlıq ərazilərdə isə aprelin 16-da 12°C şaxta (Şahdağ) olub.
"Aprel ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 27 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 479 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 111 mm), aylıq normanın 185 faizi olmaqla Balakən–Şəki zonasına (Oğuz – 181 mm), eləcə də aylıq normanın 351 faizi olmaqla Quba–Qusar zonasına (Xaçmaz – 106 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Şahdağda 107 sm qeydə alınıb".
N.Mahmudov qeyd edib ki, aprel ayı ərzində ayrı-ayrı günlərdə dolu hadisələri də müşahidə olunub. Aprelin 4-də Yardımlıda, aprelin 7-də Gədəbəydə, aprelin 14-də isə Bakı və Abşeron yarımadasının lokal ərazilərində qısamüddətli fasilələrlə dolu düşüb.
"2026-cı ilin aprel ayı ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 12 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 19 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə 28 m/s-dək güclənib".
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












