Bakının mərkəzində park ərazisində aparılan tikinti işləri NƏ İLƏ ƏLAQƏDARDIR? - FOTO - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda yeni salınmış park ərazisində tikinti işlərinin aparıldığı iddia olunub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, metronun "Gənclik" stansiyası yaxınlığında yerləşən S.C.Pişəvəri adına parkın bir hissəsi tikinti məqsədilə zəbt edilib.
"Ərazidə "Ganjlik Garden" Tikinti Şirkəti tərəfindən tikinti işlərinə başlanılıb. Park ərazisində həm əvvəldən mövcud olan, həm də yeni əkilmiş çoxsaylı yaşıllıqlar var və aparılan işlər bu yaşıllıqlara zərər vurur", - deyə müraciətdə vurğulanıb.
Parkın rəhbərliyindən bildirildi ki, sözügedən iddialar tamamilə əsassızdır.
"Ərazidə mövcud kommunikasiyaların daha böyük diametrli xətlərlə yenilənməsi işləri aparılır. İşlər lokal xarakter daşıyır və ən qısa zamanda yekunlaşacaq", - deyə məlumatda vurğulanıb.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












