Baş həkimdən Milli Onkologiya Mərkəzinin qarşısındakı sıxlıqla bağlı AÇIQLAMA - FOTO

Sosial şəbəkələrdə Milli Onkologiya Mərkəzində çəkilən şəkil geniş müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, fotonun bu gün səhər saatlarında çəkildiyi və insanların karantin qaydalarına riayət etməsinə nəzarətin zəif olduğu qeyd edilir.
Məsələ ilə bağlı Milli Onkologiya Mərkəzi ilə əlaqə saxlanılıb. Mərkəzin baş həkimi Azad Kərimli Oxu.Az-a açıqlamasında fotonun mərkəzin həyətində çəkildiyini təsdiqləyib.
O bildirib ki, fotonun hansı tarixdə çəkildiyini demək mümkün olmasa da, bildirmək istəyirəm ki, Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşların karantin qaydalarına riayət etməsi üçün bütün zəruri şərait yaradılıb:
“Biz həkimlərin işi müayinə və müalicə prosesini aparmaqdır. Karantin rejiminə tibb işçiləri tərəfindən riayət olunmur, yoxsa mərkəzə müraciət edən vətəndaşlar tərəfindən? Hər halda fotodan görünən odur ki, söhbət müraciət edən pasiyentlər və onları müşayiət edən şəxslərdən gedir. Ümumiyyətlə bu fotonu çəkib atan şəxs nə üçün vətəndaşa yaxınlaşıb demir ki, sıra nömrəsinə müvafiq olaraq ara məsafəni saxlayın?
Bildirmək istəyirəm ki, müraciət edən bütün xəstələrə bir-bir nömrələr paylanılıb. Həmin nömrələrə müvafiq olaraq Onkologiya Mərkəzinin həyətində yerdə nömrələr qeyd olunub. Müraciət edən şəxslər həmin nömrələrin üzərində dayanmalıdır ki, ara məsafələri qorunsun. Buna tibb işçisi heç bir şey edə bilməz, mühafizə xidmətinin əməkdaşları isə dəfələrlə xahiş edirlər. İnsanlarımız da bir qədər bu qaydalara riayət etməyə çalışsa, bu cür mənzərələr olmaz.
Mərkəzin binasında isə dəhlizlərdə, oturacaqların üzərində hətta liftdə belə karantin qaydalarına müvafiq olan yazılar yapışdırılıb. Biz tərəfdən karantin qaydalarına riayət edilir. Biz özümüz də vətəndaşların yanından keçəndə deyirik ki, ara məsafəni saxlayın. Amma insanların bu cür görüntünü çəkib paylaşmaqda məqsədi nədir, anlamırıq”.
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM










