Bərdədən Ağdama növbəti sərnişin avtobusu yola düşüb - FOTO

Bərdə - Ağdam marşrutu üzrə növbəti reysi bu gün Ağdama yola salınıb.
Avtosfer.az-ın verdiyi məlumata görə, reysin hərəkət saatı saat 10:00 təyin edilsə də, sərnişinlər saat 8:30-dan Bərdə Avtovağzalına toplaşıblar.
Ağdama uzun illərdən sonra, səfər edən ağdamlıların üzündə sevinc, qarışıq bir həyəcan hiss olunurdu.
Ağdamın Baş Qərvənd kənd sakini Zöhrab İmaməliyev deyib ki, uşaqlığının keçdiyi kəndi küçə-küçə gəzmək istəyir: "Mən Ağdamdan 5 iyun 1993-cü ildə çıxmışam. İndi Ağdama səfərin həyəcanı məni elə bürüyüb ki, bilmirəm ki, orada ürəyim tab gətirəcəkmi. Doğulub boya-başa çatdığım Baş Qərvənddən keçəcəyik. Düzdür videoçəkilişlərdən görmüşəm, ermənilər kəndimizi tamamilə dağıdıblar. Lakin, uşaqlığımın keçdiyi o kəndi küçə-küçə gəzmək istəyirəm. Bilirəm ki, bu, mümkün deyil. Çünki bu gün Baş Qərvənddə minatəmizləmə işləri aparılır. Nə qədər dağılsa da, mənim yaddaşımda Baş Qərvənd elə əvvəlki kimi qalıb."
Ağdamın Novruzlu kənd sakini Çiçək bildirib ki, Ağdamı görmək onun üçün, böyük təsəlli olacaq: "Mənim doğulduğum Novruzluya Ağdam şəhərini keçib gedirdik. Düzdür bu gün hələ ki, Novruzluya gedə bilməyəcəm. Amma, uzun illərdən sonra, düşmənin məkrli niyyətinin qurbanı olan Ağdamı görmək qismətim olubda buna da şükür edirəm. Kim bilir, ömür bəlkə vəfa etmədi Novruzluya getməyi. Bu gün Ağdamı görmək nəsibim olubsa buna çox sevinirəm. Tanrıdan şəhidlərimizə rəhmət diləyirəm. Allah əsgərlərimizi qorusun, Mən öz adımdan, ailəmiz adından bu sevinci bizə bəxş edən Ali Baş Komandan İlham Əliyev təşəkkürümü bildirirəm.




İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı








