Bill Qeyts dünyanı xilas edəcək 3 şərti açıqladı

"Microsoft"un qurucusu, ABŞ-ın ən böyük torpaq mülkiyyətçisi olan Bill Qeyts təkcə texnologiya sahəsi ilə maraqlanmaqla kifayətlənmir, eyni zamanda koronavirus və iqlim dəyişikliyi səbəbilə yarana biləcək böhranlar haqqında çıxışlar edir.
Avtosfer.az "Teleqraf"a istinadla xəbər verir ki, ABŞ-ın ev sahibliyi etdiyi İqlim Zirvəsində çıxış edən Bill Qeyts dünyanı gözləyən böyük təhlükədən söz açıb:
"İqlim dəyişikliyi çox qarışıq mövzudur və bu günün texnologiyasından faydalanaraq hədəfimizə çatmaq çətindir. Səbəbi isə istifadə etdiyimiz fosil yanacaqların iqlimin dostu olan, karbon buraxmayan yanacaqlardan daha ucuz olmasıdır. Dünyada hər kəsə komfortlu həyat tərzi yaşatmaq üçün mütləq sıfır karbon buraxan məhsulların qiyməti ucuzlaşdırılmalıdır. Mən buna "Premium Yaşıl Sıfır" adını verirəm".
Bill Qeyts dünyanı xilas edəcək üç formulu açıqlayıb: "İlk olaraq iqtisadi qaynaqlı karbon emissiyalarını aradan qaldırmaq üçün fərqli texnologiyaları inkişaf etdirməliyik. İkincisi, bazarda yeni fikirləri, layihələri həyata keçirmək üçün mütləq təzyiq olmalıdır. Bunun üçün də yeni texnologiyanı dəstəkləyəcək yaradıcı üsullar tapmaq və rəqabət mühitini fosil yanacaqlarla rəqabətə girəcək həddə gətirmək lazımdır. Üçüncüsü isə, dövlətlər və böyük şirkətlər bu sınaq müddətini daha ucuz və sürətli başa vurmaq üçün yeni siyasətə keçid etməlidirlər. Dünya liderləri bu müddətdə onlara həvəsləndirici mükafatlar verməlidir.
Bu üçün hədəfi reallaşdırmaq üçün beynəlxalq iş birliyi vacibdir"
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












