BNA-dan sürücü və piyadaların təhlükəsizliyi ilə bağlı yeni layihə - VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
BNA-dan Avtosfer.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Yusif Vəzir Çəmənzəminli ilə Səməd Vurğun küçələrinin kəsişməsini, eləcə də Səməd Vurğun ilə Ak.Həsən Əliyev küçələrinin kəsişməsini əhatə edir.
Agentliyin mütəxəssisləri tərəfindən hər iki yol kəsişməsinə baxış keçirilmiş, ümumi nəqliyyat şəraiti təhlil edilmiş, sutkanın pik saatlarında nəqliyyat vasitələrinin say tərkibi öyrənilmişdir.
Həyata keçirilən layihə nəticəsində:
Y.V.Çəmənzəminli və Səməd Vurğun küçələrinin kəsişməsində svetofor obyektləri quraşdırılaraq hərəkət növbəliliyi təmin edilib;
S.Vurğun və Ak.H.Əliyev küçələrinin kəsişməsindən birbaşa sola icazə verilərək nəqliyyat vasitələrinin Y.V.Çəmənzəminli küçəsinə istiqamətlənib, əlavə məsafə və zaman sərf etməsinin qarşısı alınıb;
Həmçinin hər iki kəsişmədə müvafiq yol nişanları quraşdırılıb, kəsişmələrdə və kəsişmələrin yaxınlığında xaotik parklanmaya nəzarət gücləndirilib.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












