BNA ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı açıqlama YAYDI

Bakı Nəqliyyat Agentliyi İctimai nəqliyyatın fəaliyyəti ilə bağlı açıqlama yaydı. BNA-dan avtosfer.az -a verilen məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 19 aprel 2021-ci il tarixli müvafiq qərarına əsasən 12 may iş günü ilə 16 may istirahət gününün yerləri dəyişdirilib. Həmin qərarda da qeyd olunduğu kimi 16 may səhər saat 06:00-dan ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək.
16 may səhər saat 06:00-dan etibarən müntəzəm və ekspres marşrut xətləri üzrə avtobusların sərnişinlərin xidmətində olması üçün bütün daşıyıcı şirkətlərə də tapşırıq verilib.
17 may tarixindən təhsil müəssisələrində əyani tədris formasının qismən bərpa ediləcəyini nəzərə alaraq küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bu səbəbdən də hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.
Mövcud pandemiya şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Övladlarını şəxsi nəqliyyat vasitələri ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.
Gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi, eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO













