BNMİ-dən növbəti əməliyyat: 60 kq narkotik aşkarlandı - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Sabunçu, Yasamal və Yevlax rayonlarında keçirilən əməliyyatlarla əvvəllər məhkum olunmuş 59 yaşlı Şəhla Kərimova, onunla əlbir olan 31 yaşlı Əbəlfəz Şərifov, 37 yaşlı Babək Talıbov, 29 yaşlı Eyvaz Məmmədov və 43 yaşlı Çingiz İsmayılov tutulublar. Onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb.
Onlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB












