"Boeing 737 MAX" təyyarələri bu il Çində uçuşları bərpa edə bilər

ABŞ-ın "Boeing" korporasiyasının "Boeing 737 MAX" təyyarələri bu ilin sonu və ya gələn ilin əvvəlində Çində uçuşları bərpa edə bilər.
"APA-Ecoinomics"in məlumatına görə, bu barədə Çinin Mülki Aviasiya Administrasiyasının sözçüsü Yan Çjenmen (Yang Zhenmei) bildirib.
"Kommersiya uçuşlarının ardıcıl olaraq bu ilin sonu və ya gələn ilin əvvəlində bərpa ediləcəyi gözlənilir və yeni təyyarələr yenidən xidmətə başlayacaq", - Yang Zhenmei bildirib.
Dekabrın 2-də Çinin Mülki Aviasiya İdarəsi "Boeing"in 737 MAX təyyarələri üçün təhlükəli istismar xüsusiyyətlərini və onların uçuş qabiliyyətini aradan qaldırdığını təsdiqləyib. Yan Çjenmenin sözlərinə görə, uçuşa yararlılığın təsdiqlənməsi uçuşların həqiqətən bərpası üçün əsas addımlardan yalnız biridir. Gələcəkdə aviaşirkətlər lazımi təyyarə modifikasiyalarını həyata keçirməli, donanmalarını yenidən qurmalı və pilotlar hazırlamalı olacaqlar.
Xatırladaq ki, "Boeing 737 MAX" tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada ("Lion Air") və 2019-cu ilin martın 10-da Efiopiyada ("Ethiopian Airlines")) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.
Hazırda dünyada təxminən 500 "Boeing 737 MAX" təyyarəsi mövcuddur.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












