“Bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır” - Kənan Kərimzadə

“Bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır”.
Avtosfer.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə deyib.
O bildirib ki, ötən il ali təhsil sahəsində bir sıra mühüm qərarlar qəbul edilib:
“Xüsusən ali təhsildə əhatəliliyin artmasını 2024-2025-ci ilin qəbul statistikasında da görə bilərik. 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə qeyd edim ki, qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb. Ali təhsildə qəbul sayları və əhatəlilik artırılır, bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır” .
“Nazirlər Kabinetinin 6 sentyabr 2024-cü il tarixli Qərarı ilə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı orta hesabla 25% artırılıb. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsində təhsil xərci üçün əlavə 101 milyon manat olmaqla, ümumilikdə 391 milyon manat vəsait nəzərdə tutulub”, - K.Kərimzadə qeyd edib.
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB












