Bu layihəyə 36 milyard dollardan çox sərmayə qoyulub - Prezident

Son onilliklərdə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Azərbaycan gəlir səviyyəsi ortadan yuxarı olan dövlətlər qrupuna daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.
“Ölkədə davamlı demoqrafik artım müşahidə olunur. Neft hasilatı artır. Bu gün Azərbaycan dünyada enerji təhlükəsizliyinə nail olmaqda liderlər sırasındadır. 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin birgə işlənməsi barədə yeni Saziş imzalanıb. Bu layihəyə 36 milyard dollardan çox sərmayə qoyulub. 500 milyon ton neft çıxarılıb. 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu qaz kəməri – TANAP-ın rəsmi açılışı olub. Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə, proqnozlaşdırılan ehtiyatlar təqribən 3 trilyon kubmetrə bərabərdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın neftdən asılılıqdan xilas olmasını çox fəal şəkildə qaldırdığını qeyd edən Prezident İlham Əliyev deyib ki, ona görə də qeyri-neft sektoruna istiqamətlənmə əsas prioritet olub və yenə belədir.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











