Budoçularımız dünya çempionatında uğurlu nəticələr əldə edib - FOTO

Tunisin Hammamet şəhərində Budo döyüş sənəti (qaydasız döyüş-red) üzrə dünya çempionatı keçirilib. Yarışa dünyanın 45 ölkəsindən 600-ə yaxın idmançı qatılıb.
Avtosfer.az xəbər verir ki, dünya çempionatında Azərbaycan Budo Döyüş Növləri Federasiyasının 11 idmançısı iştirak edib. Ölkəmiz baş məşqçi, əməkdar idman ustası Xəyal Quliyevin rəhbərliyi altında qatıldığı bu beynəlxalq yarışdan 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. İdmançılarımız İbrahim Məmmədov (70 kq), Xəyal Cəmilbəyli (85 kq) və Azər Məmmədov (95 kq) yarışda qızıl medallar qazanıb. Həmçinin Azər Əhmədov (75 kq) və Xəyal Quliyev (80 kq) ikinci yerə, Elvin İsrafilov isə üçüncü yerə layiq görülüb.
Bununla yanaşı, ABŞ-da yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlanlı Tunisin Hammamet şəhərində keçirilən Budo döyüş sənəti (qaydasız döyüş-red) üzrə dünya çempionatının qalibi olub. O, 60 kq çəkidə rəqibi tunisli döyüşçü Ellouzi Sabeuri məğlub edərək Budo üzrə dünya çempionu adını qazanıb. Bununla da E.Xanoğlanlı professional rinqdə beşinci böyük qələbəsinə imza atıb.
Qeyd edək ki, hazırda Azərbaycanın Budo Döyüş Növləri üzrə yığmasının baş məşqçisi Xəyal Quliyevdir.
O, 1 fevral 1992-ci ildə Bərdə rayonunda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. 2008-2009-cu illərdən professional idmanla məşğul olur. Budo üzrə 3 dəfə Avropa və dünya çempionatının qalibi olub. Quliyev Xəyal
Yusif oğlu Budo üzrə idman ustasıdır. 2018-ci ildə idman sahəsində fərqlənməyə görə, "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adına layiq görülüb. Hazırda Sumqayıt şəhərində yaşayır. Ailəlidir, bir övladı var.




“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












