Daxili İşlər Nazirliyi və komitə vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vətəndaşlara müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
"Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununa əsasən, dini mərasimlərin yalnız məscid və ziyarətgahların ərazisində keçirilməsi nəzərdə tutulur.
İyunun 26-dan başlayan Məhərrəm ayında ibadət yerlərində təhlükəsizliyin təmin olunması, eyni zamanda nəqliyyatın fasiləsiz hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər görülür.
Xüsusilə qeyd etmək istəyirik ki, bəzi valideynlərin azyaşlı uşaqları dini mərasimlərə, o cümlədən təziyə məclislərinə aparması halları müşahidə olunmaqdadır. Bu zaman uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyi nəzərə alınmalıdır. Valideynlərdən xahiş edirik ki, azyaşlı uşaqların bu cür kütləvi mərasimlərdə iştirakının məqsədəuyğun olmadığını nəzərə alsınlar və qanunvericiliklə ziddiyyət təşkil edən halların qarşısının alınmasına xüsusi həssaslıqla yanaşsınlar".
"Hər bir vətəndaşın sağlamlığının, hüquqlarının və təhlükəsizliyinin qorunması bizim ümumi məsuliyyətimizdir",- məlumatda qeyd edilib.
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB












