Dəmirçi-Lahıc yolu YARARSIZ VƏZİYYƏTDƏ: Sakinlər çətinliklə üzləşiblər - FOTO - VİDEO

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən avtomobil yolunun yararsız vəziyyətdə olması ərazidə yaşayan sakinləri çətin vəziyyətdə qoyub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Bildirilib ki, yolun tamamilə dağılması nəticəsində Lahıc istiqamətində gediş-gəlişdə ciddi problemlər yaranıb. Mövcud vəziyyət həm nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, həm də sakinlərin gündəlik fəaliyyətinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, son intensiv yağıntılar nəticəsində Dəmirçi-Lahıc avtomobil yolunun keçdiyi ərazidə sürüşmə aktivləşib.
"Nəticədə yolun bir hissəsi də sürüşməyə məruz qalıb. Digər ərazilərdə olduğu kimi, bu yolda da dövlət başçısının sərəncamına əsasən bərpa işləri həyata keçiriləcək", - deyə A.Nəcəfli vurğulayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












