Dəmiryolu nəqliyyatında karantin qaydalarına necə riayət olunur? - AÇIQLAMA

Qatarlar Abşeron Dairəvi Dəmir Yolu marşrutu üzrə hərəkət edir, sərnişin daşımaları pandemiya vəziyyəti ilə əlaqədar tətbiq olunan karantin rejiminin qaydalarına uyğun həyata keçirilir. Qatarlarda, bütün vağzal ərazisində, stansiyalarda müntəzəm dezinfeksiya işləri aparılır. Vağzal ərazisində, xüsusilə də kassaların yaxınlığında əlləri təmizləmək üçün məhlullar olan aparatlar quraşdırılıb. Yerdə müəyyən addımdan bir “Məsafə saxla” lövlələri quraşdırılıb. Həmçinin dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə sərnişinlər ümumi gigiyena qaydaları barədə məlumatlandırılırlar. Bakı Dəmir yol vağzalı, eləcə də digər stansiyaların ərazisində, xüsusilə də elektrik qatarlarında tibbi maskadan istifadə zəruridir. Sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirir.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.
Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyətdədir: +994 12 499 61 11 və ya 1822 qısa nömrəsi
Dəmiryolu işçilərinin sağlamlığı da nəzarətdə saxlanılır. Həkim sanitar briqadası tərəfindən İnzibati binanın girişində hər səhər əməkdaşların hərarəti yoxlanıldıqdan sonra içəri buraxılır. İnzibati bina ərazisində tibbi maskalardan istifadə edilməsi mütləqdir. Qatar heyəti hər səhər müayinə edildikdən sonra xidmətə başlayırlar.
Ölkə ərazisinə daxil olan yük qatarlarında mütəmadi dezinfeksiya tədbirləri həyata keçirilir.
Koronavirusla mübarizə tədbirləri bütün sərhəd keçid məntəqələrində, o cümlədən Astara, Yalama stansiyalarında Dövlət Gömrük Xidmətinin əməkdaşları ilə birgə aparılır. Yükdaşıma sahəsində çalışan QSC əməkdaşları bütün zəruri avadanlıq və vasitələrlə, qoruyucu maska və əlcəklərlə təmin olunublar.
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB








