Deputat Ağalar Vəliyevin ailəsinin dünya turu - Lüks həyatdan görüntülər - FOTOLAR - VİDEO

Millət vəkili Ağalar Vəliyev bu dəfə dünya turuna çıxan ailə üzvləri ilə diqqət çəkib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu barədə görüntülər deputatın ailə üzvlərinə məxsus "instagram" hesabında paylaşılıb. Sözügedən "_just_travelling_" səhifəsinin ad hissəsinə "VALİYEV'S Family" (Vəliyevlər Ailəsi) yazılıb.
Həmin səhifə deputatın ailə üzvləri tərəfindən idarə olunur və ailənin hansı ölkələrə istirahət etməsi ilə bağlı fotolar və videolar geniş yer alıb.
Sözü gedən səhifədə Amerikadan, İtaliyadan, Misirdən, Dubaydan, Fransadan, eləcə də Parisdən 80 km şimalda “Jiverni” adlı əsrarəngiz təbiəti ilə seçilən bölgədən şəkillər paylaşılıb.
Həmin səhifə Ağalar Vəliyevin şəxsi "instagram" hesabı tərəfindən izlənilir. Eləcə də deputat bütün paylaşımlara "like" etməyi də unutmur.
*Xatırladaq ki, mətbuatda A,Vəliyevin böyük biznes şəbəkəsinin olması və "Azəraqrartikinti” ASC idarə heyətinin sədri olduğu yazılıb. Həmçinin iddiaya görə İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.
Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir. "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin daxilində kiçik hostel və özəl bağça fəaliyyət göstərir. Bu da h P.Vəliyevin özünün nəzarətindədir.
Deputatın Azərbaycanda da böyük biznesi var. Elə Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan "Kristal Abşeron" tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur...



32gun.az
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










