Deputat Tənzilə Rüstəmxanlının oğlunun bahalı avtomobil kolleksiyası - SİYAHI

Paytaxtın müxtəlif küçə və prospektlərində hərəkət edən "10-YY-007" dövlət qeydiyyat nişanlı "Bentley" və "10-YY-002" nömrəli "Range Rover" markalı lüks avtomobillər sosial şəbəkələrin gündəminə düşüb.
Avtosfer.az xəbər ki, avtoşluq və sürət həvəskarlarının paylaşım etdiyi səhifələrdə geniş müzakirə olunan bu görüntülər, izləyicilərin böyük marağına səbəb olub.
İnternet resurslarında və sosial platformalarda aparılan araşdırmalar sözügedən bahalı nəqliyyat vasitələrinin sabiq millət vəkili Sabir Rüstəmxanlı və hazırkı deputat Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlıya məxsus olduğunu üzə çıxarıb.
Peşəkar fəaliyyəti və idman karyerası Cəmil Rüstəmxanlı əvvəllər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini və qurumun İnvestisiya İdarəsinin rəisi vəzifələrində çalışıb.
Dövlət postu ilə yanaşı, o, həm də idman sahəsində fəaliyyət göstərərək "Azəryol" voleybol klubuna rəhbərlik edib, lakin onun rəhbərliyi dövründə klubun fəaliyyətinin əhəmiyyətli dərəcədə zəiflədiyi bildirilir.
Türkiyəyə köç və biznes fəaliyyəti Yayılan xəbərlərə görə, Cəmil Rüstəmxanlı rəsmi istefa xəbərlərindən təxminən bir ay öncə, 2022-ci ilin noyabr ayında tutduğu vəzifədən ayrılıb.
Məlumata görə, o, işindən ayrıldıqdan sonra Türkiyəyə köçüb və hazırda orada biznes fəaliyyəti ilə məşğul olur. Xatırladaq ki, "YY" seriyalı nömrə nişanları ölkədə "elit" nömrələr hesab olunur və onların paytaxt küçələrindəki görüntüləri tez-tez müzakirə mövzusuna çevrilir.
PS: Sözügedən məlumatlar həm sosial şəbəkələrdə, həm də müxtəlif xəbər portallarında yer alan iddialara istinadən hazırlanıb. Həm sosial şəbəkələrdə, həm də yerli xəbər saytlarında yayılan məlumatlara görə, sözügedən nəqliyyat vasitələri məhz adıçəkilən şəxsə məxsusdur.
Qeyd edək ki, Tənzilə Rüstəmxanlı Neftçala rayonundan deputatdır. Sosial şəbəkələrdə və avtomobil həvəskarları arasında onun oğlunun bahalı avtomobillərdən ibarət kolleksiyası geniş müzakirə olunur.. (32gun.az)
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA











