DGK sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb - FOTO

Yanvarın 19-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
DGK-dən Avtosfer.az-a bildirilib ki, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BMT ilə Dövlət Gömrük Komitəsi arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın Azərbaycan gömrüyünün inkişafına mühüm dəstək göstərdiyini diqqətə çatdırıb.
Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlərə toxunan Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin gömrük sistemində həyata keçirilən islahatlar barədə danışıb. Tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğu, dövlət büdcəsinə ödənilən vəsaitlərin bir neçə dəfə artdığı, qaçaqmalçılıqla mübarizədə mühüm nailiyyətlərin əldə edildiyi diqqətə çatdırılıb.
Səfər Mehdiyev BMT ilə Dövlət Gömrük Komitəsi arasında bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə, bu istiqamətdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanın da öz töhfəsini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından, həyata keçirilən islahatlardan, informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərdən razılıqla söhbət açıb, nakotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində gömrük orqanlarının fəaliyyətini yüksək qiymətləndirib.
BMT ilə gömrük xidməti arasında əməkdaşlıqdan məmnunluqla danışan qonaq gələcək perspektivlər barədə də fikirlərini bildirib, mövcud səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











