Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başlayıb - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir qrup diaspor nümayəndəsinin Şuşaya dördüncü səfəri başlayıb.
Komitədən bildirilib ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşən sayca dördüncü səfərdə 12 ölkədən 27 diaspor nümayəndəsi iştirak edir.
Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapılarını, Saatlı, Aşağı və Yuxarı Gövhər Ağa məscidlərini və digər görməli yerləri ziyarət edəcəklər. Soydaşlarımız qədim şəhərdə aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olacaqlar.
Şuşaya son 30 ildə ilk dəfə ayaq basan diaspor nümayəndələri bu xoşbəxtliyi onlara bəxş edən Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












