DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ - VİDEO

Dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq, işğaldan azad olunan ərazilərə daxil olurlar.
Nəticədə qaçaq yollarla keçənlər mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar.Ramazan Bayramında, işğaldan azad edilən ərazilərdə olan doğmalarının məzarını ziyarət etmək istəyənlərin sayının çox olacağı nəzərə alındığından belə şəxslərə xəbərdarlıq edilib.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də işğaldan azad edilən ərazilərə qaçaq yollarla gedənlər var.
7 günlük bayram tətilini fürsət bilən bəzi şəxlər, ata-baba yurdlarına, yaxınlarının məzarını ziyarət etməyə getmək istəyənlərin ola biləcəyini ehtimal edən polis, həmin ərazilərdəki postlarda nəzarəti artırıb. Daxili İllər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyir ki, işğaldan azad edilmiş ərazilərdə hələ də təhlükə var.
Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini tövsiyyə edir. Elşad Hacıyev deyir ki, müvafiq icazə almadan, nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçməsi onların həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır.
Qeyd edək ki, icazəsiz həmin ərazilərə keçənlər cərimə olunacaq və işin hallarına görə də cinayət işi başlanacaq.
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO










