Nazir müavini: “Pandemiya cinayət qruplaşmaları üçün yeni imkanlar açıb”

Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı dinlənilib. Məlumatına görə, illik hesabatı Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib. O bildirib ki, 2020-ci ildə pandemiyanın doğurduğu problemlər və sosial-iqtisadi fəsadlar əksər ölkələrdə insan alverinə məruz qalma hallarını artırıb: “Pandemiya cinayət qruplaşmaları üçün yeni imkanlar açıb, məcburi əmək, məişət zorakılığı ilə müşayiət olunan cinsi zorakılıq halları, ölkədaxili insan alveri cinayətləri xeyli çoxalıb.
BMT-nin insan alverinə dair ümumdünya hesabatına əsasən, qlobal miqyasda müəyyən edilmiş qurbanların 50 faizi cinsi istismara, 28 faizi məcburi əməyə cəlb edilməyə məruz qalıb, 6 faizi cinayətkar fəaliyyətə cəlb olunub. Qalanı dilənçilik, məcburi nikah, insan orqanlarının alqı-satqısı və digər məqsədlər üçün istismar edilib”.
S. Əzimov qeyd edib ki, COVID-19-la bağlı ölkəmizdə tətbiq edilən məhdudiyyətlər insan alverinə qarşı mübarizədə planlaşdırılan tədbirlərin tam şəkildə keçirilməsini istisna edib, lakin bununla belə insan alverinə qarşı cinayətlərin aşkar edilməsi, qarşısının alınması, onlara şərait yaradan halların müəyyən edilib aradan qaldırılmasına dair fəaliyyət diqqət mərkəzində olub.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












