DİN-in arxivində 15 milyon vərəqdən ibarət sənəd saxlanılır

Daxili İşlər Nazirliyinin (DİN) arxivində saxlanılan sənədlərin sayı məlum olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-Uçot Şöbəsində 1920-ci ildən sonrakı dövrü əhatə edən sənədlər saxlanılır.
Bu sənədlərin həcmi təxminən 15 milyon vərəqdən ibarətdir.
Arxiv daxili işlər orqanlarının fəaliyyəti nəticəsində toplanan sənədlərdən və sovet hakimiyyəti illərində repressiyaya məruz qalan şəxslərə aid materiallardan formalaşıb.
Saxlanılan sənədlərin böyük əksəriyyəti məxfilik qrifi ilə qorunur. Qorunan sənədlər əmr və qərarlardan tutumuş, müstəntiqlərin xitam verdiyi cinayət işlərinə, sabiq polis əməkdaşlarının şəxsi işlərinə qədər dəyişir.
Hazırda arxivdə saxlanılan sənədlərin elektronlaşdırılması aparılır.
Qeyd edək ki, hər hansı bir vətəndaş Arxiv-Uçot Şöbəsində qorunan sənədlərə çıxış imkanı əldə etmək istəyirsə, DİN rəhbərliyinə ərizə ilə müraciət edib, sənədlərlə tanış ola bilər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












