DİN: Qadınların Polis Akademiyasına qəbulu dayandırılıb

Daxili İşlər Nazirliyi(DİN) bir sıra KİV-lərdə və sosial şəbəkələrdəki səhifələrdə qadın vətəndaşlarımızın Polis Akademiyasına, o cümlədən polis orqanlarında xidmətə qəbulunun dayandırılması ilə bağlı səslənən iddialara cavab verib.
Nazirliyin mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov Avtosfer.az-a bildirib ki, hazırda daxili işlər orqanlarında qadın əməkdaşlar kişilərlər birlikdə çiyin-çiyinə xidmət aparırlar: "Qadın paqondaşlarımızın böyük bir qismi Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, mətbuat, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir, kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirirlər". Nazirlik nümayəndəsi həmçinin qeyd edib ki, hazırda qadın vətəndaşların Polis Akademiyasına qəbulu dayandırılıb: " Amma bu o demək deyil ki, qadın vətəndaşlarımız polis sıralarına qoşula bilməz. Qadın vətəndaşlarımız digər yerli ali təhsil müəssisələrini hüquq ixtisası üzrə bitirib polis orqanlarında xidmətə qəbul ola bilərlər".
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












